“Araz” 17 qola sevindi, son oyun yarıda qaldı

Bu gün futzal üzrə Yüksək Liqada 14-cü turun oyunları keçirilib.

Newsport.az saytının məlumatına görə, turun bütün görüşləri “Olimpik Star”da keçirilib.

İlk matçda lider “Araz” “Alyans”ı sınağa çəkib. Matç Naxçıvan təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb.

İkinci oyunda liderin əsas izləyicisi EKOL “Record”la qarşılaşıb və qələbə qazanıb. “Baku Fire” isə U-19 üzərində qələbəyə sevinib.

Turun son oyununda “Neftçi” ilə “Xilə qarşılaşıb. Amma matç başa çatdırılmayıb. Daha doğrusu, matçın 2-ci dəqiqəsində “Xilə” komandasının qapıçısı İmran Məhərrəmov zədələndiyinə və meydana tibbi yardım üçün həkim daxil olduğuna, komandanın ehtiyat qapıçısı olmadığına görə, hakimlər matçı dayandırıblar. Görüşün nəticəsi barədə İntizam Komitəsi qərar verəcək.

Yüksək Liqa, 14-cü tur

1 mart

Alyans (Lənkəran) – Araz (Naxçıvan) 0:17
Qol: David Qustavo, 3:08; 7:55; 24:27; 38:37. İsa Atayev, 6:29; 17:05; 34:27. Maneka, 8:45; 23:26; 36:27. Xətai Bağırov, 18:30; 28:53; 37:56; 39:44. Rizvan Fərzəliyev, 22:04. Murilo, 25:41; 39:08.
Hakimlər: Knyaz Əmiraslanov, Xəlil Xəlilov, Vüsal Balaşov.
Hakim-inspektor: Azər Əsgərov.
“Olimpik Star”. Saat 12:00

Record – EKOL 3:9
Qol: Sərxan Məstiyev, 7:41; 33:54. Əsgər Abasov, 35:40-öz qapısına – Mehdi Rəsulov, 0:19; 7:11. Əsgər Abasov, 1:35; 18:18; 33:45. Orxan Həsənəliyev, 7:32; 31:11. Namiq Məmmədkərimov, 32:19. Rüstəm Bağırov, 36:42.
Hakimlər: Əli Cəbrayılov, Ziya Nəsirov, Elgün Hüseynov
Hakim-inspektor: Azad Hüseynov
“Olimpik Star”. Saat 14:00

Baku Fire – U-19 7:4
Qol: Elvin Quliyev, 1:42; 12:22. Tofiq Əliyev, 2:30. Renat Sultanov, 11:15. İbrahim Zeynalov, 14:34. Mirzə Əmirov, 24:18-öz qapısına. Nihad İsmayılov, 27:01 – Fuad Məmmədzadə, 7:07; 14:59; 22:41. Şahmar Cəfərli, 12:46.
Hakimlər: Rza Məmmədov, Nail Nağıyev, Hüseyn Əsgərov
Hakim-inspektor: Ramiz Əsədov
“Olimpik Star”. Saat 16:00

Neftçi İK – Xilə 0:0
Hakimlər: Ceyhun Hüseynov, Hacıəli Ağayev, Nahid Xasıyev
Hakim-inspektor: Füzuli Nəcəfov
“Olimpik Star”. Saat 18:00

Xal durumu: Araz – 40, EKOL – 33, Neftçi – 25, Baku Fire – 25, Record – 12, Alyans – 12, U-19 – 10, Xilə – 6.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right