Azərbaycan kuboku: 1/4 finala yüksələn 3 komanda bəllidi

Futzal üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Bakı İdman Sarayındakı ilk matçda Yüksək Liqanın iki təmsilçisi - EKOL ilə “Recor” düz-üzə gəlib. İlk hissədə rəqib qapısına 2 dəfə yol tapan EKOL mərhələ adlayan tərəf olub. Qış fasiləsində heyətini gücləndirən “Alyans Qrup” U-19-dan güclü olub.

“Forza Neftçi” – “Xilə” matçı isə başa çatmayıb. Belə ki, Birinci Liqanın lideri hesabda 12:2 öndə olan zaman “Xilə”nin qapıçısına tibbi yardım göstərilməsi üçün həkim meydana daxil olub və qaydalara görə qapıçı meydanı tərk edib. Yüksək Liqa təmsilçisinin ehtiyat qapıçısı olmadığına görə hakimlər matçı davam etdirməyib. Nəticə ilə bağlı İntizam Komitəsi qərar verəcək.

Günün son duelini isə Yüksək Liqa təmsilçisi qazanıb. “Baku Fire” “İSMA M.A Baku”dan güclü olub.

Azərbaycan kuboku

1/8 final

EKOL – Record 2:0

Alyans Qrup – U-19 12:4

Forza Neftçi – Xilə 12:2 (oyun başa çatmayıb)

Baku Fire – İSMA. M.A. Baku 7:3

Mərhələnin qalan 4 oyunu fevralın 20-də keçiriləcək.

Advokat – Alyans (Lənkəran)
Bakı İdman Sarayı. Saat 14:00

Baker Tilly – Araz-Naxçıvan
Bakı İdman Sarayı. Saat 16:00

Bibi-Heybət – STAR kargo-2
Bakı İdman Sarayı. Saat 18:00

Neftçi İK – Atletiko Baku
Bakı İdman Sarayı. Saat 20:00





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right