Niderland hökumətindən azarkeşlərə “yaşıl işıq”

Niderland hökuməti dünən açıqladığı qərarlarla ölkədə tətbiq edilən sərt karantin rejimində yumşalmaya gedib.

Newsport.az xəbər verir ki, hökumət ölkədə keçirilən futzal üzrə Avropa çempionatının oyunlarını müəyyən sayda tamaşaçının izləməsinə imkan yaradıb. Bunu nəzərə alan UEFA bu gündən bilet satışını bərpa edəcək.

Bilet satışında üstünlük əvvəlczədən bilet alanlara veriləcək. Əgər boş yer qalarsa, yanvarın 27-dən həmin yerlər üçün də bilet satışı həyata keçiriləcək.

Azarkeşlərin zallara buraxılmasına isə yanvarın 29-da icazə veriləcək.

Həmin gün Azərbaycan milli komandası Amsterdamdakı “Ziggo Dome” arenasında Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq.

Futzal üzrə Azərbaycan yığması Avropa çempionatının ilk oyununda Gürcüstana uduzub – 2:3. Milli növbəti matçını bu gün İspaniyaya qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right