Azərbaycan millisində koronavirus şoku

Niderlandda təşkil olunmuş Avropa çempionatında mübarizə aparan futzal üzrə Azərbaycan millisinin üzvlərindən ötən gün oyunöncəsi məşqdə iştirak üçün COVİD-19 testi götürülmüşdü.

Newsport.az-ın məlumatına görə, komandamızın iki üzvünün - Qallo və Rövşən Hüseynlinin testlərinin nəticəsi pozitiv olmuşdu.

Buna görə də hər iki futzalçıdan PCR testi götürülüb. Bu gün testin nəticəsi açıqlanıb. Hər iki futzalçıda nəticə pozitiv olub. Futzalçılar hazırda qaldıqları otel otağında karantinə alınıblar. Karantinin sonuncu günü yanvarın 27-dir.

Onu da qeyd edək ki, qaydalara uyğun olaraq, bu gün rəsmi oyun üçün digər futzalçılardan yenidən COVİD-19 anticism analizləri götürülüb. Bütün nəticələr neqativdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right