Gürcüstan millisinin çalışdırıcısı: "Azərbaycan millisi yetərincə güclüdü"

"Kollektivdə əhval-ruhiyyə yaxşıdı. Hansı turnirdə ölkəmizi təmsil edəcəyimizi hamı yaxşı anlayır. Bu, böyük məsuliyyətdi. Ölkənizi Avropa çempionatında təmsil etmək xoşdu".

Newsport.az-ın məlumatına görə, bu sözləri futzal üzrə Gürcüstan milli komandasının baş məşqçisi Avtandil Asatiani deyib.

Bu gün Niderlandda keçiriləcək Avropa çempionatının D qrupunun ilk oyununda Gürcüstan Azərbaycanla qarşılaşacaq. Rəqib komandanın çalışdırıcısı Azərbaycan millisi barədə bunları deyib: "Çox çətin qrupda yer almışıq. Əlimizdən gələni etməliyik ki, növbəti mərhələyə vəsiqə qazanaq. Azərbaycan millisi yetərincə güclüdü. Bilirik ki, rəqibimiz əsas heyətlə bizimlə mübarizə aparacaq. Ancaq mən daha çox öz komandam barədə düşünürəm. Azərbaycan millisində kiminsə oynamayacağını və bunun bizə kömək olacağını düşünməməliyik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right