Kateqoriya: Futzal | Tarix: 19.01.2022 13:30
Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Newsport.az xəbər verir ki, dünən Qroningendə keçirilən hazırlıq prosesi zamanı Emanoel Rodrigues "Maneka" zədələnib. Komandanın həkimi futzalçının zədəsinin ciddi olduğunu, yarışda iştirak edə bilməyəcəyi ilə bağlı sənədləri UEFA-nın Tibb Komissiyasına təqdim edib. Komissiya onun başqa futzalçı ilə əvəzlənməsinə icazə verib. Buna görə də Hadi Ahmadı komandaya cəlb olunub. O, bu gün millinin düşərgəsinə qoşulacaq və sabahkı məşqdə iştirak edəcək.
Azərbaycan millisi Avropa çempionatının D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda ilk matçını yanvarın 22-də Gürcüstana qarşı keçirəcək.