Kateqoriya: Futzal | Tarix: 16.01.2022 12:49
Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsi üçün yekun heyəti açıqlanıb.
Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva turnirdə 14 futzalçının xidmətindən yararlanacaq.
Azərbaycan millisi Avropa çempionatının D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək.
19 yanvar - 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.
1. Rövşən Hüseynli – "Araz" (Naxçıvan)
2. Ramiz Çovdarov - "Araz" (Naxçıvan)
3. İsa Atayev - "Araz" (Naxçıvan)
4. Xətai Bağırov - "Araz" (Naxçıvan)
5. Rizvan Fərzəliyev - "Araz" (Naxçıvan)
6. Emanoel Joao Rodriqes “Maneka” - "Araz" (Naxçıvan)
7. Oliveyra Villiams “Vassura” - "Sportinq" (Paris, Fransa)
8. Everton Kardozo “Qalo” - "Levante" (İspaniya)
9. Emin Kürdov - EKOL
10. Conatas Felipe “Felipinyo” - "Araz" (Naxçıvan)
11. Eduardo Borges - "Halle-Gooik" (Belçika)
12. Rafael Vilela - "Palma Futsal" (İspaniya)
13. Fineo De Arauxo - "Sportinq" (Paris, Fransa)
14. Tyaqo Teles Martins “Bolinya” - ACCS FUTSAL (Fransa)
Millinin oyunlarının təqvimi
22 yanvar
17:30. Gürcüstan – Azərbaycan (Qroningen)
26 yanvar
23:30. İspaniya – Azərbaycan (Qroningen)
29 yanvar
20:30. Azərbaycan - Bosniya və Herseqovina (Amsterdam)