UEFA Azərbaycan çempionunun futbolçusunu cəzalandırdı

UEFA-ın Nəzarət, Etika və İntizam Komitəsi "Araz-Naxçıvan"ın futzalçısı Felipinyonu 5 oyunluq cəzalandırıb.

Newsport.az-ın məlumatına görə, buna braziliyalı hücumçunun Kosovonun "Ligeni" komandasına qarşı Çempionlar Liqasının əsas mərhələ oyununda rəqib futzalçılar - Arber Şkodra və Anton Uka ilə dava etməsi səbəb olub.

Avropa futbol qurumu insidentə görə Naxçıvan təmsilçisini 1000 avro cərimələyib. O, qərardan apellyasiya şikayəti verilməyəcəyini söyləyib.

​Futzalçılar arasında əlbəyaxa dava 6:6 hesabı ilə başa çatmış görüşün sonuncu - 40-cı dəqiqəsində baş vermişdi. (report)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right