Kateqoriya: Futzal | Tarix: 12.11.2021 16:33
AFFA İntizam Komitəsi “Dəstə Ordubad” komandasının futzalçısı Elməddin Amanova ağır cəza verib.
Newsport.az məlumatına görə, o, Birinci Liqada Füzulinin "Qarabağ" komandasına qarşı görüşdə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
O, ardınca hakimlər briqadasını və Azərbaycan Futzal Federasiyasının rəsmilərini təhqir etməyə başlayıb. Amanov bu səbəbdən 8 oyunluq cəza ilə üzləşib.