Azərbaycan çempionunun oyununda əlbəyaxa dava

Futzal üzrə Çempionlar Liqasının əsas mərhəlində keçiriləb "Ligeni" (Kosovo) - "Araz" (Naxçıvan) oyununda (6:6) dava düşüb.

Newsport.az-ın məlumatına görə,  matçın sonuncu - 40-cı dəqiqəsində Azərbaycan çempionunun hücumçusu Felipinyo ilə rəqib komandanın üzvü Arber Şkodra arasındakı mübahisə qəflətən əlbəyaxa davaya çevrilib. Onlar bir-birilərinə zərbə endirməyə başlayıblar.

Kosovo təmsilçisinin digər futzalçısı Anton Uka isə  ayağı ilə Felipinyonu vurub. Digər oyunçuların müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, qarşılaşmanın baş hakimi Kriştianu Xose Kardoso Santos davada iştirak etmiş hər 3 futzalçını qırmızı vərəqə ilə meydandan qovub.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right