Kateqoriya: Futzal | Tarix: 29.10.2021 16:49
"Araz-Naxçıvan" bu gün futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununu keçirəcək.
Newsport.az xəbər verir ki, B yolunda mübarizə aparan Joze Alesio Da Silvanın kollektivi Rumıniyanın "Yunayted Qalati" komandası ilə qarşılaşacaq.
İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Qeyd edək ki, qrupdakı ilk görüşündə Ukrayna "Uraqan"ına 1:2 hesabı ilə uduzan Azərbaycan çempionu 3-cü pillədə qərarlaşıb.
29 oktyabr
Çempionlar Liqası, əsas mərhələ
B yolu, 6-cı qrup
II tur
18:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Yunayted Qalati" (Rumıniya) 5-3
Qollar: David Qustavo, 3:30; 35:38. Maneka, 5:20. Murilo Borges, 19:43; Felipinyo, 36:50 - Daniel Araujo, 6:58; 16:48; 36:37
Baş hakim: Deyan Veseliç (Sloveniya)
İvano-Frankovsk, Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.