Millimiz Avropa çempionatında mübarizəyə əsas mərhələdən başlayacaq

Final mərhələsi gələn il İspaniyada təşkil olunacaq 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında Avropa çempionatının püşkatma mərasimi avqustun 30-da, Bakı vaxtı ilə saat 15:00-da keçiriləcək.

 

Newsport.az-ın məlumatına görə, sayca ikinci dəfə keçiriləcək qitə birinciliyində millimiz yenə əsas mərhələdə mübarizə aparacaq.

 

Ümumilikdə 34 komanda qalib adı uğrunda yarışacaq. Avropa çempionu və final mərhələsinə ev sahibliyi edəcək İspaniya ilkin və əsas mərhələdə iştirak etməyəcək.

 

33 komandadan 7-si – San Marino, Cəbəllütariq, Estoniya, Uels, Monteneqro, Şimali Makedoniya və Andorra ilkin mərhələdə çıxış edəcək. Bu komandalar birində 4, digərində 3 iştirakçı olmaqla iki qrupda yarışacaq. Ancaq qrup qalibləri əsas mərhələdə gözləyən 26 iştirakçıya qoşulacaq. Beləliklə, 28 komanda bu dəfə hər birində 4 yığma olmaqla 7 qrupa bölünəcək. Buradan isə ancaq qrup birinciləri həlledici mərhələyə yüksələcək.

 

İspaniya ilə birlikdə 8 komanda final mərhələsində gücünü sınayacaq. İlkin mərhələnin oyunları bu il 2-7 noyabr, əsas mərhələnin qarşılaşmaları gələn il 15-20 mart, həlledici görüşlər isə 3-10 sentyabr 2022-ci il tarixlərində keçiriləcək.

 

İlkin mərhələ (2-7 noyabr 2021)
1-ci səbət (ev sahibi komandalar)

San Marino (2)
Cəbəllütariq (4 və ya 3)

 

2-ci səbət (4 və ya 3)
Estoniya
Uels

 

3-cü səbət (2)
Monteneqro

 

4-cü səbət (1)
Şimali Makedoniya
Andorra

 

Əsas mərhələ (15-20 mart 2022)
1-ci səbət (ev sahibi komandalar)

Xorvatiya (1)
Portuqaliya (1)
Ukrayna (1)
Türkiyə (2)
Rumıniya (3)
Finlandiya (3)
Serbiya (4)

 

2-ci səbət (4)

Yunanıstan

Gürcüstan
Qazaxıstan
Azərbaycan

İlkin mərhələdə A qrupunun qalibi

İlkin mərhələdə B qrupunun qalibi

 

3-cü səbət (3)

Latviya

Kipr
İtaliya
Macarıstan
Moldova

 

4-cü səbət (2)
Belçika
Fransa
Slovakiya
Bosniya və Herseqovina
Çexiya
Belarus

 

5-ci səbət (1)
Polşa
Rusiya
Niderland
Sloveniya

 

Qeyd: Mötərizədə komandaların püşkdən sonra mübarizə aparacaqları qruplardakı sıra nömrəsini göstərir. Yarışda 1 yanvar 2002-ci ildən sonra anadan olan futzalçılar iştirak edə biləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right