Qrup liderləri arasında ən zəifi Portuqaliya oldu

Futzal üzrə Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanmış 8 qrup liderindən tən yarısı qrup mərhələsini maksimum nəticə ilə başa vurub.

Newsport.az-ın məlumatına görə, Xorvatiya, Rusiya, İspaniya və Qazaxıstan 6 oyunun hamısında qələbə qazanıb. Nəticədə onlar 18 xalla liderliyi təmin edib.

Azərbaycan millisi isə cəmi bir qarşılaşmada xal itirib. Söhbət Slovakiya ilə səfər görüşündən gedir. Bu qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yekunda komandamız 16 xal toplayıb.

Digər 3 işrirakçıdan ikisinin qazancı 15, birinin isə 14 xal olub. Bosniya Herseqovina və İtaliya hərəyə bir matçda məğlub olublar. Buna görə də onların aktivində 15 xal olub. Portuqaliya heç bir qarşılaşmada məğlub olmasa da, 2 dueldə xalları yarı bolüb. Buna görə də qrup mərhələsini lider kimi başa vuran komandalar arasında ən az xalı Avropa çempionatının son qalibi toplayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right