Avropa çempionatının final mərhələsi İspaniyada

19 yaşadək futzalçılar arasında 2022-ci ildə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin oyunları İspaniyanın Əndəlüs vilayətindəki “Olivo Arena”da keçiriləcək.

Newsport.az-ın məlumatına görəbununla bağlı UEFA İcraiyyə Komitəsi qərar qəbul edib. Arena 6500 azarkeş tutumuna malikdi.

Mərhələlər üzrə keçiriləcək oyunların təqvimi də məlumdu.

7 iyul 2021 – İlkin mərhələnin püşkatması
2-7 noyabr 2021 – Bu mərhələnin oyunlarının keçirilməsi
15-20 mart 2022 – Əsas mərhələ
3-10 sentyabr 2022 – Final mərhələsi

Final mərhələsində qalib adı uğrunda yenə 8 komanda iki qrupda mübarizə aparacaq.

Bu yaş qrupu üzrə ilk qitə birinciliyi 2019-cu ildə Latviyanın Riqa şəhərində təşkil olunub. Qalib isə İspaniya futzalçıları olub. Təqvim üzrə ikinci yarış bu il keçirilməli idi. Amma COVİD-19 pandemiyası ilə əlaqədar turnir bir il sonraya ertələnib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right