“Azərbaycan millisindən rahat oyun gözləyirəm”

Futzal üzrə Slovakiya yığmasının üzvü Voytex Turek Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
 
Newsport.az xəbər verir ki, o, federasiyanın rəsmi saytına açıqlamasında  bunları söyləyib:
 
“Bizi seçmə mərhələdə 2 vacib oyun gözləyir. Bunlar həlledici qarşılaşmalardır. Final mərhələsinə ikinci vəsiqənin taleyi sabahkı matçda həll oluna bilər. Bunun üçün Moldova yığması büdrəməlidir. Bu, baş verməsə, hər şey son tura qalacaq. Görək, vəziyyət necə inkişaf edəcək.
 
Azərbaycan millisi Slovakiyaya tam heyətlə gəlməyib. Bizdə olan məlumata görə, rəqibin heyətində bəzi itkilər var. Qonaqlardan rahat oyun gözləyirəm. Çünki onlar üçün itiriləsi heç nə yoxdur. Amma matçın sürətli keçəcəyini düşünürəm".
 
Qeyd edək ki, aprelin 8-də keçiriləcək Slovakiya - Azərbaycan matçına Bakı vaxtı ilə saat 18:00-da start veriləcək. Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 4 turdan sonra 3-cü qrupda 12 xalla liderdir və Avropa çempionatına vəsiqəni vaxtından əvvəl təmin edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right