“Əks təqdirdə hamımız əsəbi, gərgin olacağıq”

Aprelin 8-də səfərdə Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi məşqlərini Bakıda davam etdirir.
 
Newsport.az xəbər verir ki, gündə bir dəfə məşq keçən komandanın üzvləri Bolinya və Eduardo Borges də hazırlığa qoşulub.
 
Dünənki məşqdən sonra Edu hazırlıq və oyunla bağlı federasiyanın rəsmi saytına bunları deyib:
 
“Bu gün (dünən) komanda ilə birgə ilk məşqimə çıxdım. Bir qədər çətin oldu. Ancaq sabah daha rahat şəkildə məşq edəcəm. Məşq prosesi bizim üçün yaxşı alınmadı. İki oyunçumuz zədələndi. Bu da oyunçuların istəkli, özlərini baş məşqçiyə yaxşı tərəfdən göstərmək istəyindən irəli gəlirdi. Onların bizə kömək edib-etməyəcəyi sabah məlum olacaq. Allahın köməyi ilə hər şey yaxşı olar və hər iki futzalçı bizimlə birgə səfərə yollanar”.
 
Futzalçı Qalonun komandaya qoşulmasından sonra daha da güclənəcəklərini, itkilərin isə komandaya çətinlik yaradacağını qeyd edib. Müdafiəçi Slovakiya ilə qarşılaşmada şansların bərabər olduğunu da vurğulayıb: “Şanslar bərabərdir – 50-nin 50-yə. Biz qələbə qazansaq, liderliyimizi təmin edəcəyik. Elə səfərə də bu məqsədlə yollanacağıq. İstəyimizi reallaşdıracağımıza inanırıq”.
 
Eduardo birinci pilləni təmin etmək üçün Slovakiya ilə görüşdə 1 xalın kifayət edəcəyini, amma meydana sırf heç-heçə üçün çıxmayacaqlarını deyib: “Bilirik ki, Slovakiya ilə görüşdə heç-heçə də bizə məqsədimizi reallaşdırmağa yetir. Ancaq meydana heç vaxt heç-heçə üçün çıxmamışıq. Bizə iki oyundan 6 xal lazımdır. Onda həm əhval-ruhiyyəmizin yüksək olacaq. Eyni zamanda, indi UEFA-nın tərtib etdiyi reytinq cədvəlində 5-ci pillədə qərarlaşmışıq. Qələbələr qazanmalıyıq ki, xal ehtiyatımızı artıraq. Əks təqdirdə hamımız əsəbi, gərgin olacağıq”.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah