Yığmamızın son iki oyun üçün heyəti açıqlandı

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 8-də səfərdə Slovakiya, aprelin 14-də isə Bakı İdman Sarayında Yunanıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün təlim-məşq toplanışına başlayıb.
 
Newsport.az xəbər verir ki, aprelin 5-dək Bakıda məşq edəcək millimiz aprelin 6-dan 10-dək hazırlığını Slovakiyanın Levice şəhərində davam etdirəcək.
 
Slovakiya yığması ilə qarşılaşmanın ertəsi gün Bakıya dönəcək komandamız Yunanıstanla qarşılaşmaya hazırlaşacaq.
 
Millimizin baş məşqçisi Joze Alesio da Silva qarşıdakı iki oyun üçün heyətə 16 futzalçı dəvət edib:
 
1. Rövşən Hüseynli - Araz-Naxçıvan
2. Emin Kürdov - EKOL
3. Cavad Məmmədov - Neftçi İK
4. Xətai Bağırov - Araz-Naxçıvan
5. Rizvan Fərzəliyev - Araz-Naxçıvan
6. Fineo De Arauxo - Araz-Naxçıvan
7. Hadi Ahmadi - Araz-Naxçıvan
8. Amir Şocaei - Araz-Naxçıvan
9. Ramiz Çovdarov - Araz-Naxçıvan
10. Tofiq Mikayılov - EKOL
11. Samir Həmzəyev - EKOL
12. Oktay Rüstəmli - Neftçi İK
13. İsa Atayev - Araz-Naxçıvan
14. Tyaqo Teles Martins - Salines Tuzla (Bosniya və Herseqovina)
15. Eduardo Borges - ACCSS FUTSAL (Fransa)
16. Everton Kardoso - Levante (İspaniya)




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah