Azərbaycan kubokunun 1/16 final mərhələsinin püşkü atılacaq

Yanvarın 23-də Azərbaycan kubokunun 1/16 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Bakı İdman Sarayının Konfrans otağında baş tutacaq tədbir saat 11:30-da başlayacaq. Bu mərhələdə 32 komanda iştirak edəcək. Onlardan 10-u Yüksək Liqanın təmsilçisidir. Qalan iştirakçılardan 7-si Birinci, 13-ü isə İkinci Liqa iştirakçılarıdır. Daha 2 komanda Naxçıvan Futzal Liqasında çıxış edən kollektivlərdir.
 
İştirak edəcək komandaların siyahısını diqqətinizə çatdırırıq: Araz, Marafon, EKOL, Neftçi, Baku Fire, Premier (Quba), Bakı TFK, Record club, Xızı Futzal, Yasamal İSK, Standard, Forza Neftçi, Star karqo, Red Line, Baku Fans, Yasamal  İSK-2, Zəngilan, NTD, Advokat, Baker Tilly, Altay, Dalğa, Atletiko Baku, Bibi-Heybət, Hövsan, Borçalı, Star karqo-2, Gənclik İK, Baker Hughes, Yurd MFK, Nəqşicahan, Badamlı.
 
Bu mərhələnin ilk oyunları fevralın 6-da, 7-də və 8-də, cavab görüşləri isə bir həftə sonra – fevralın 14-də , 15-də və 16-da keçiriləcək.
 
Onu da qeyd edək ki, komandalar reytinqə uyğun olaraq iki səbətə bölünəcəklər. Yüksək Liqanın 10 iştirakçısı, eləcə də 1/16 final mərhələsinə vəsiqə qazanmış Birinci Liqanın 6 ən yüksək reytinqə (hazırkı turnir cədvəlində daha yaxşı mövqedə qərarlaşmış) sahib komandası bir səbətdə yer alacaq. Digər səbətdə qərarlaşan kollektivlər öz rəqiblərini məhz bu komandalar arasından püşklə müəyyənləşdirəcəklər. Bu mərhələnin püşkündən sonra digər mərhələlərdə komandaların qarşılaşacaqları ardıcıllıq da aydınlaşacaq.
 
Püşkatma mərasiminə KİV əməkdaşları dəvətlidir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right