Azərbaycan klubu dağılmaq təhlükəsi ilə üz-üzə maaliyyə problemi

Futzal üzrə Azərbaycan Yüksək Liqasında iştirak edən "Şuşa" dağılmaq təhlükəsi ilə üz-üzədir.

Newsport.az saytına verilən məlumata görə, maliyyə problemi yaşayan klubda artıq 3 aydır ki, maaşlar verilmir. 

Bu cür davam edəcəyi təqdirdə, futbolçu və məşqçi heyətinin oyunlara çıxmayacağı, klubun isə fəaliyyətini dayandıracağı ehtimal edilir. 

Bundan əvvəl isə yüksək liqada çıxış edən "Xan-Lənkəran" məhz maliyyə problemi yaşadığı üçün çempionatdan çəkilmiş, fəaliyyətini dayandırmışdı.

Əlavə edək ki, çempionatda iştirak edən U-19 yığması, "Araz-Naxçıvan", "Şuşa" və "Xan-Lənkəran"a maliyyə məhz Azərbaycan Futzal Federasiyası tərəfindən ayrılır. Liqada isə hazırda 5 komanda mübarizə aparır. Bunlar yuxarıda adını çəkdiyimiz klublardan savayı "Neftçi" və "Baku Fire"dır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right