AFFA rəsmisi ÇL oyununa təyinat aldı

AFFA-nın futzal üzrə baş inzibatçısı Fərrux Hüseynzadə beynəlxalq təyinat alıb.

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, həmyerlimiz UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün Afinada keçiriləcək AEK (Yunanıstan) – Sportinq (Portuqaliya) matçının UEFA nümayəndəsi olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu F. Hüseynzadənin ilk təyinatıdır.

Qeyd edək ki, sözügedən cütün qalibi 1/4 finalda “Araz-Naxçıvan” – “Benfika” duelinin güclüsü ilə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right