Kateqoriya: Futzal | Tarix: 30.10.2025 21:20
Bu gün "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində 2-ci oyununu keçirib.
Newsport.az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Lüksemburq çempionu "Differdanje 03" ilə qarşılaşıb.
"Sala Sporturilor Dunarea"da oynanılan matç 2:2 hesabı ilə başa çatıb. Azərbaycan təmsilçisinin qollarını Can Perruzo (15) və Luici Lonqo (38) vurublar.
"Araz-Naxçıvan" 4 xalla qrupda liderdir. "Tigers Roermond" (Niderland) 2 xalla 2-ci, "Differdanje 03" (Lüksemburq) 1 xalla 3-cüdür. Sonuncu olan "Yunayted Qalati"nin (Rumıniya) xalı yoxdur.
Qeyd edək ki, "Araz-Naxçıvan" ilk oyunda Rumıniyanın "Yunayted Qalati" klubuna qalib gəlib - 2:1. Təmsilçimiz sonuncu matçını noyabrın 1-də "Tigers Roermond"a (Niderland) qarşı keçirəcək.