Kateqoriya: Futzal | Tarix: 30.08.2025 23:20
Futzal üzrə UEFA Çempionlar Liqası turnirindəki təmsilçimiz "Araz-Naxçıvan" ilkin mərhələdə sonuncu oyununa çıxacaq.
UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edən "Araz-Naxçıvan" bu gün qrupda son oyununu keçirib.
Newsport.az xəbər verir ki, Avstriya çempionu "Ljuti Krajişniçi" ilə qarşılaşan təmsilçimiz 12:3 hesabı ilə qələbə qazanıb.
Komanda bundan əvvəlki iki oyunda da böyükhesabla qalib gəlib. Aktivində 9 xal olan "qırmızı-ağlar" qrup lideri kimi mübarizəni əsas mərhələdə davam etdirmək hüququ qazanıb. Bu mərhələnin oyunları oktyabrın sonu, noyabrın əvvəlləri keçiriləcək.
"Ljuti Krajişniçi" - "Araz-Naxçıvan" 3:12
Hakimlər: Filipe Duarte (Portuqaliya), Orest Dutsiak (Ukrayna), Aleksandar Vangelov (Bolqarıstan).
Hakim-inspektor: Talal Daravşi (İsrail).
UEFA nümayəndəsi: Radek Lobo (Çexiya).
NMS İdman Sarayı, Linz