"Hesabın oyuna görə olduğunu deməzdim” - Vitali Borisov

“Dünənki oyunda standart vəziyyətlərdən qol buraxmamışdıq. Amma bu gün rəqib belə vəziyyətdən 4 qol vurdu. Bu da futzalda önəmli məqamdır. Hesabı erkən açsaq da, üstünlüyümüzü qoruya bilmədik. Fasiləyə bərabərliklə yollandıq”.

Newsport.az-ın məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov Çexiyaya 2:6 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib. 

Mütəxəssis azfutzal.az-a açıqlamasında ikinci hissəyə pis başladıqlarını bildirib: “Meydan sahibi komanda dərhal qol vurdu. Sonrakı dəqiqələrdə hər şey çətinləşdi. “5-in” “4-ə” oynamaq istədik, bunun üzərində çox işləmədiyimizə görə, istədiyimiz kimi alınmadı. Yaxşı məqam o oldu ki, həmin dəqiqələrdə qol buraxmadıq. Ola bilsin, yorğunluq da sözünü desin. Çünki 7-8 futzalçı ilə oynadıq”. 

O, komanda üzvlərinin sona qədər mübarizə apardıqlarını vurğulayıb: “Təkbətək mübarizələri uduzmadıq. Hardasa ustalıq səviyyəsində geri qalırıq. Bunlara baxmayaraq, hesabın oyuna görə olduğunu deməzdim. Bizim də ikinci hissədə 2-3 qol epizodumuz oldu, amma istifadə edə bilmədik. Yoldaşlıq oyunlarının da faydası çatışmazlıqları ortaya çıxarmaqdır”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right