Kateqoriya: Futzal | Tarix: 21.09.2024 00:19
Çexiyada təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisi yoxlama görüşündə yenidən meydan sahibləri ilə üz-üzə gəlib.
Newsport.az-ın məlumatına görə, bir gün əvvəl olduğu kimi, bu dəfə də yığmamız Çexiyaya uduzub - 2:6.
İlk hissəsi 2:2 hesabı ilə yekunlaşan görüşdə Azərbaycan millisinin heyətində Ülvi Əliyev dubl edib.
Xatırladaq ki, dünən baş tutan ilk yoxlama matçında Çexiya millimizi 3:0 hesabı ilə məğlub etmişdi.