Qara Qarayev: "Sonadək mübarizə aparacağıq"

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda səfərdə Avstriyanın "Zalsburq" klubu ilə qarşılaşacaq "Qarabağ"ın gənc müdafiəçisi Qara Qarayev oyunöncəsi bir neçə açıqlama verib. 

Newsport.Az xəbər verir ki, 22 yaşlı futbolçu sonadək mübarizə aparacaqlarını söyləyib. O, rəqib haqda da xoş sözlər deyib. Millimizin üzvü "Zalsburq"un inamlı oyun sərgilədiyini sözlərinə əlavə edib. 

Avstriyanın "Red Bull Zalsburq" arenasında keçiriləcək cavab matçı, avqustun 6-da Bakı vaxtı 23:30 start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right