Böyükağa Hacıyev: "Bu "Partizan" daha güclüdür" AÇIQLAMA

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Partizan” – “Neftçi” matçı öncəsi mətbuat konfransı baş tutub.
 
Newsport.az saytının məlumatına görə, tədbirdə “Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev oyun haqda fikirlərini bildirib:
 
“Partizan”ı yaxşı yanıyırıq, ciddi rəqibdir, güclü futbolçuları var. Bu rəqiblə 2 il əvvəl qarşılaşmışdıq. Üstəlik, komandanın son oyunlarını da izləmişəm. Bu “Partizan” 2 il əvvəlkindən qat-qat güclüdür. Fikrimcə, cütün taleyi Bakıdakı oyunda həll olunacaq. Komandamıza inanıram. Ümid edirəm ki, azarkeşlər sabah maraqlı qarşılaşmanın şahidi olacaqlar”.
 
Qeyd edək ki, mətbuat konfransından sonra “Neftçi”nin məşqi baş tutub.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right