Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Partizan" - "Neftçi" matçının hakimləri bəlli olub.
Newsport.az saytının AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Belqradda keçiriləcək oyunu türkiyəli hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Hüseyn Göçek olacaq. Ona Mustafa Əmrə Eyisoy və Orkun Aktaş köməklik edəcək. Süleyman Abay isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 21-də Serbiyada keçiriləcək "Partizan" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.