Reynaldo “Tvente”ilə ilk görüşdə meydana çıxa biləcək!

Newsport.az saytinin verdiyi məlumata göre bu gün UEFA “Qarabağ”ın hücumçusu Reynaldo Silva ilə bağlı qərarını açıqlayıb

Qərara əsasən, Reynaldo Silvanın Bakıda “Zalsburq”la  matçda aldığı birbaşa qırmızı vərəqəyə görə cəza bir oyunluq olub. Bu isə o deməkdir ki, Avstriyada cavab matçını buraxdığı üçün Reynaldo Silvanın cəza müddəti bitib və o, Avropa Liqasının pley-off mərhələsində “Tvente” ilə ilk görüşdə meydana çıxa biləcək.

Qeyd edək ki, klub rəhbərliyi, komandanın məşqçi heyəti və futbolçular "Qaraabağ"ın liderlərindən olan Reynaldonun cəzasının iki oyunu əhatə edəcəyindən ehtiyat edirdilər. Belə olacağı halda Reynaldo ən azı pley-offun ilk görüşünü buraxmalı olacaqdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right