Ilqar Qurbanovla Maksim Medvedyevin zədəsi ciddidir

Çempionlar Liqasında mübarizəni dayandıran "Qarabağ" Avropa Liqasının "pley-off" mərhələsinin oyunlarına ciddi itkilərlə çıxacaq.

Newsport.Az-ın məlumatına görə, "Zalsburq"la qarşılaşmada zədələnərək görüşü davam etdirə bilməyən İlqar Qurbanov  və Maksim Medvedyevin zədəsinin ciddi olduğu üzə çıxıb.  

M.Medvedyevin ayağı burxulub. Müdafiəçi ən azı üç həftə meydan çıxa bilməyəcək.  İ.Qurbanovda isə əzələ yırtığı aşkarlanıb və o ən azı bir ay futbol oynaya bilməz. 

Hər iki futbolçu Qol.Az-ın müxbiri ilə söhbətində məlumatı təsdiqləyib.

Onlar bu gün tibbi müayinədən keçəcək və yalnız bundan sonra həmin futbolçuların yaşıl meydana dəqiq nə zaman dönəcəyi dəqiqləşəcək.
 
Beləliklə, "Qarabağ" ən azı Avroliqanın "pley-off" oyunlarında və Premyer Liqamızın bəzi matçlarında iki aparıcı futbolçusunun xidmətindən yararlana bilməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right