Hazırda UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Çixura” – “Neftçi” oyunu davam edir. Xatırlayırsızsa bu komandalar arasında Bakıda baş tutan ilk oyunda gürcüstanlı azarkeşlər tribunadan təxribat xarakterli pankartlar asaraq, Azərbaycanın ərazi bütövlüyünə “xələl” gətirən hərəkət etmişdilər.Newsport.az saytının “Çixura” – “Neftçi” oyunun hazırda keçirildiyi Tiflisin “Mixail Mesxi” stadionunda olan əməkdaşının verdiyi məlumata görə, təxribatçılar bu dəfə də iş başında olublar. Belə ki, bu dəfə gürcüstanlı azarkeşlər stadiondan erməni dilində yazılmış pankart asıblar. Ancaq təhlüksizlik işçilərinin məsələyə qarışmasından dərhal sonra pankart yığışdırılıb.