“Çixura”nın baş məşqçisi:Ehtiyat qüvvəmiz zəif idi

Ehtiyat qüvvəmiz zəif idi. Amma komandam ümumilikdə yaxşı oynadı. Yarımmüdafiəçiləri müdafiədə oynatmağa məcbur idik. Bizim üçün əsas qol buraxmamaq idi. Çünki bilirdik ki, qapımızda qol görsək, işimiz çətin olacaq. Belə də oldu. Lakin ümumi götürdükdə, yaxşı oyun göstərdik”.Newsport.az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə oyundan sonra “Çixura”nın baş məşqçisi Samson Pruidze deyib.

Gürcü mütəxəssis rəqibin daha təcrübəli futbolçulardan təşkil olunduğunu qeyd edib: “Neftçi”nin hücumçuları bizim müdafiəçilərdən daha sürətliydilər. Həm də müqayisə etsək, rəqibin heyətindəki oyunçular həm fiziki cəhətdən daha hazırlıqlıydılar, həm də daha təcrübəliydilər. Azərbaycandakı klubların maliyyə dəstəkləri çox güclüdür. Bu səbəbdən də istədikləri futbolçuları transfer edirlər. Lakin biz Azərbaycan deyil, Türkiyə modelindən yararlanmağa, öz gənclərimizi üzə çıxarmağa çalışırıq”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right