Böyükağa Hacıyev:Pulumuz var aliriq!

“Dünya pul dünyası, var dünyasıdır. Bu gün bizim imkanımız var, istədiyimiz futbolçuları də alırıq. Sizin imkanınız olsa, siz də arzuladığınız futbolçuları alarsınız”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Çixura” ilə oyundan sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Təcrübəli mütəxəssis rəqibin gec ayıldığını qeyd edib: “Çixura” çox gec, 3:1-dən sonra ayıldı. Qatar artıq getmişdi. Futbolçularımız ələ düşən imkanlardan yararlansaydılar, hesab 5:1 və ya 6:1 olardı. Artıq ikinci dəfədir Gürcüstan klubunu mübarizədən kənarlaşdırırıq. Azərbaycanlı jurnalistlər də şahiddirlər ki, ölkəmizdə çalışan gürcü mütəxəssislər də mənimlə bacarmırlar”. 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right