"Sabah" əla futbol oynadı, bütün komponentlərdə onlara uduzduq"

"Partizan"ın baş məşqçisi İqor Dulyay Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda “Sabah”a Bakıdakı məğlubiyyətini (0:2) şərh edib.

Newsport.az-ın məlumatına görə, serbiyalı klubun rəsmi saytına açıqlamasında Masazırdakı uğursuzluğundan danışıb:

"Sabah" əla futbol oynadı, onlar nə istədiklərini bilirdilər. Demək olar ki, bütün komponentlərdə rəqibə uduzduq. Biz onlara çoxlu imkanlar verdik. Onlar müdafiəçilərinə daha çox sərbəstlik verdilər, xüsusən də oyunun əvvəlində hücumların başlanğıcını düşünməyə və düzgün ötürmələr etməyə vaxt ayıra bildilər. Bizdə çox sayda yeni futbolçular var və onların uyğunlaşması üçün vaxt lazımdır. Bizim isə zamanımız yoxdur. Mateus Saldanya əla oyunçudur və mən ona inanıram. O, daha da yaxşı olacaq".

Dulyay matçdan sonra Murad Musayevlə arasında keçən dialoqdan da bəhs edib: “Oyundan sonra Murad Musayevi qələbə və yaxşı oyuna görə təbrik etdim. Bizi cavab oyunu gözləyir, görək də necə alınacaq. Amma əvvəlcə sakitləşib, rəqibi yaxşı analiz etmək lazımdır. Belqradda tamam fərqli oyun olacaq. Azarkeşlərimizin köməyi ilə bu çətin vəziyyətdən çıxış yolu tapacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right