Braziliyalı "Neftçi" ilə matçda meydanda olmayacaq

"Zenit"in braziliyalı futbolçusu Vendel "Matç TV" kubokunda "Neftçi"yə qarşı keçiriləcək görüşdə meydana çıxmayacaq. 

Newsport.az-ın məlumatına görə, braziliyalı hələ ki, Sankt-Peterburq klubunun məşqlərinə qoşulmayıb.

Qarşıdakı günlərdə Rusiyaya qayıtmalı olan 25 yaşlı yarımmüdafiəçi "Neftçi" ilə görüşə qədər hazır olmayacağından onun meydana çıxmayacağı ehtimal olunur. Sergey Semakın onu turnirin digər matçlarında meydana buraxacağı gözlənilir.

"Zenit" - "Neftçi" görüşü iyulun 1-də "Qazprom Arena"da baş tutacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right