Bu gün Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
Newsport.az xəbər verir ki, cavab oyunlarının hamısı eyni gündə keçiriləcək.
Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Marsel" Ağdam təmsilçisi ilə eyni qrupda mübarizə aparan "Bazel"in qonağı olacaq. Liqa 1 klubu ilk matçda 2:1 hesablı qələbə qazanıb.
"Roma" doğma meydada "Vitess"lə, "Lester" isə səfərdə "Renn"lə üz-üzə gələcək.
UEFA Konfrans Liqası, 1/8 final
Cavab oyunları
17 mart
21:45. "Bazel" (İsveçrə) - "Marsel" (Fransa)
İlk oyun - 1:2
21:45. "Renn" (Fransa) - "Lester" (İngiltərə)
İlk oyun - 0:2
21:45. "Kopenhagen" (Danimarka) - PSV (Niderland)
İlk oyun - 4:4
21:45. AZ (Niderland) - "Budyo Qlimt" (Norveç)
İlk oyun - 1:2
00:00. "Gent" (Belçika) - PAOK (Yunanıstan)
İlk oyun - 0:1
00:00. LASK (Avstriya) - "Slaviya" Praqa (Çexiya)
İlk oyun - 1:4
00:00. "Roma" (İtaliya) - "Vitess" (Niderland)
İlk oyun - 1:0
00:00. "Feyenoord" (Niderland) - "Partizan" (Serbiya)
İlk oyun - 5:2