"Qarabağ"a qalib gəlmək hər kəs üçün vacib idi" - Cengiz Ünder

"Marsel"inin futbolçusu Cengiz Ünder Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la Bakıda keçirdikləri cavab oyunu barədə danışıb. 

Newsport.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi "Madeinfoot.ouest-france"ə açıqlamasında Bakıya səyahətin uzun olduğunu bildirib: "Yaxşı nəticə əldə etdik, qələbə hər kəs üçün vacib idi.Ümumilikdə təyyarədə 10 saat vaxt keçirdik. Amma fiziki cəhətdən yaxşı formadayıq. 1/8 final mərhələsindəki rəqibimiz - İsveçrə "Bazel"i yaxşı komandadır. Lakin bu matçlaradək liqada daha çox qələbə qazanmalı və özümüzə inanmalıyıq. Hədəfimiz Konfrans Liqasında mümkün qədər irəli getməkdir".

Xatırladaq ki, "Marsel" "Qarabağ"a ümumilikdə 6:1 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb. Komandanın bu mərhələdəki rəqibi "Bazel"dir. 

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk matçları martın 10-da, cavab qarşılaşmaları isə martın 17-də oynanılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right