"Qarabağ"ın futbolçusu Qaspar Panadero zədələnib.
Newsport.az-ın məlumatına görə, bu barədə Qol.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. O, ispan yarımmüdafiəçinin iki gün əvvəl məşqdə zədələndiyini bildirib. Klub rəsmisi oyunçuda ikinci dərəcəli əzələ dartılması aşkarlandığını və onun ən azı 3 həftə oynamayacağını bildirib.
Bu isə o deməkdir ki, Qaspar ən azı Premyer Liqada "Keşlə" (19 noyabr) və "Qəbələ" (29 noyabr) ilə matçları, Konfrans Liqasında "Omoniya" ilə görüşü (25 noyabr) buraxacaq.
Qeyd edək ki, "Qarabağ"da Toral Bayramov və Abbas Hüseynov da zədəlidir.