Qazaxıstanın “Kayrat” komandasının erməni futbolçusu Kamo Ohanesyan “Qarabağ”a qarşı Avropa Konfrans Liqasının qrup oyunu üçün Bakıya gətirilməyəcək.
Newsport.az-ın məlumatına görə, bu barədə Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, Almatı təmsilçisinin “Qarabağ”a göndərdiyi siyahıda 29 yaşlı müdafiəçinin adı yoxdur. (Report)
Oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kayrat” matçına saat 20:45-də start veriləcək.