"Qarabağ" - "Kayrat" matçı Respublika Stadionunda

Konfrans Liqası H qrupunun 3-cü turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Kayrat" matçının keçiriləcəyi stadion müəyyənləşib. 

 

Newsport.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Ağdam klubunun saytında yerləşdirilən afişada görüşün yeri və saatı barədə məlumat əks olunub.

 

Qeyd edək ki, "Qarabağ" - "Kayrat" görüşü oktyabrın 21-i saat 20:45-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right