Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Omoniya" heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, Nikosiya təmsilçisi son olaraq APOEL-də çıxış edən Frensis Uzoho ilə anlaşıb. Nigeriya millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Omoniy" ilə "Qarabağ" arasında ilk matç sentyabrın 30-da Nikosiyada, 2-ci qarşılaşma isə noyabrın 25-də Bakıda keçiriləcək.