"Çempionata köklənməliyik" - "Neftçi"nin kapitanı

"Bu dəfə sizləri sevindirə bilmədiyimizə görə çox üzgünük".

Newsport.az-ın məlumatına görə, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov özünün feysbuk səhifəsində İsraildə Hayfa "Makkabi"sinə 0:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə fikirlərini bölüşərkən yazıb.

29 yaşlı yarımmüdafiəçi ölkə çempionatına köklənməli olduqlarını vurğulayıb: "Yenidən daha güclü, dahauğurlu olmaq üçün sizlərin dəstəyinə ehtiyacımız var. Birlikdə bacaracağıq!"

Konfrans Liqasının pley-offunda "Makkabi"yə uduzan (0:4) "Neftçi" avrokuboklarda mübarizəni dayandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right