Samir Abasovun Hayfada mətbuat konfransı olacaq

Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 26-da Bakı vaxtı ilə saat 21:00-da “Sammi Ofer” stadionunda keçiriləcək “Makkabi” (Hayfa) ilə səfər oyunundan öncə “Neftçi”nin baş məşqçisi Samir Abasov və futbolçu Harramiz Suaresin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Newsport.az-ın məlumatına görə, tədbir avqustun 25-də Bakı vaxtı ilə saat 20:30-dan etibarən “Sammi Ofer” stadionunun mətbuat zalında keçiriləcək.

Konfransdan sonra, saat 21:00-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Eyni məkanda həmin gün saat 18:30-da rəqib komandanın mətbuat konfransı, 19:00-da isə açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right