"Neftçi"nin rəqibi qalib gəldi

"Neftçi"nin Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Makkabi" (Hayfa, İsrail) növbəti matçına çıxıb.

Newsport.az-ın məlumatına görə, komanda Toto kubokunun yarımfinalında "Hapoel" ilə (Tel-Aviv) qarşılaşıb.

"Makkabi" rəqibinə 2 cavabsız qolla qalib gəlib. Beləliklə, "Makkabi" turnirin finalında Ber-Şeva "Hapoel"i ilə qarşılaşacaq.

"Neftçi" ilə "Makkabi" arasındakı ilk matç 3:3 hesablı heç-heçə ilə başa çatıb. Komandalar arasında cavab görüşü avqustun 26-da İsraildə olacaq.

"Makkabi" (Hayfa) - "Hapoel" (Tel-Aviv) 2:0

Qollar: Əbu-Fani, 88, David, 90+2

 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right