"Qarabağ"la oyuna itki ilə çıxacaqlar

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Aberdin" Ağdam təmsilçisi ilə cavab oyununa itkilərlə çıxacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Stiven Qlass bildirib. O, 2 oyunçusunun sözügedən qarşılaşmanı buraxacağını vurğulayıb. Rayan Heces və Endryu Korsidan zədəli olduqlarına görə görüşdə iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, avqustun 26-sı keçiriləcək "Aberdin" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq. Komandalar arasında ilk matç təmsilçimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right