"Güclü olan qalib gəldi" - Aftandil Hacıyev

Azərbaycan Premyer Liqasında II turun “Qarabağ” – “Səbail” (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Aftandil Hacıyev matç barədə fikirlərini bildirdi.

Newsport.az-ın məlumatına görə, o, məğlubiyyəti belə şərh etdi:.

“Qarabağ”ı təbrik edirəm, Konfrans Liqası oyununda uğurlar arzulayıram. Mtçla bağlı düşüncələrimiz var idi. Bəzi fikirlərimiz alındı, bəziləri yox. “Qarabağ”ən ustalıq səviyyəsi və ani diqqətsizlikdən istifadə bacarığı özünü göstərdi. İlk yarıda buraxdığımız qollar oyunun taleyini həll etdi. Ancaq yaxaladığımız qol epizodları var idi. Ancaq bu gün daha güclü komanda qalib gəldi. Bizim üçün ağır oyun idi. Az hallarda ot üzü görən futbolçuların tez yorulması gözlənilən idi. İnanıram ki, oyunumuzu daha da yaxşılaşdırıb xallar qazanacağıq. Fasilə yaranır, çempionata daha yaxşı hazırlaşmaq üçün 3 həftə vaxtımız olacaq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right