"Neftçi"nin müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

"Neftçi"nin müdafiəçisi Mert Çelik sabah Konfrans Liqasının pley-off mərhələsinin "Makkabi"(Hayfa) ilə oyunu haqda danışıb.

Newsport.az-ın məlumatına görə, müdafiəçi sabahkı matç haqda bunları deyib: "Sabahkı oyunun çətin olduğunu bilirik. Meydana qələbə üçün çıxacağıq.

​Matça çox yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, səfərə sərfəli nəticə ilə gedəcəyik. Bir hədəfim var, bu yöndə çalışıram. Baş məşqçimiz mənə daha çox şans verir. Mən də bundan yararlanmaq istəyirəm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right