İsrail “Makkabi”sinin (Hayfa) futbolçusu Məhəmməd Abu Fani Konfrans Liqasının pley-off mərhələsində “Neftçi” ilə ilk oyun öncəsi keçirilən mətbuat konfransında fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, o, sabahkı matçın çox çətin olacağını bildirib:
"Hazırda yalnız öz oyunumuz haqqında fikirləşirik. Fikrimcə, önəmli olan da budur. Yaxşı nəticə qazanmağa çalışacağıq. Bu cütün favoriti yoxdur. Özümüzü favorit saymıram. İki oyun olacaq. "Neftçi" bura gəlib çatıbsa, deməli, bizimlə eyni səviyyədədir. Meydanda ən yaxşı oyunumuzu sərgiləmək istəyirik. Bakıdan sərfəli nəticə ilə qayıtmaq fikrindəyik”.