“Səfər qolu əvvəllər üstünlük idisə, indi belə deyil. Bərabərlik heç də pis nəticə deyil. Hər iki komanda üçün vəziyyət eynidir".
Newsport.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının 3-cü təsnifat mərhələsində AEL-lə keçirilən oyundan sonra deyib.
O, 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib: "Bakıdakı görüşdə mərhələ keçməyə, qol vurmağa və buraxmamağa çalışacağıq. Bu gün yaxşı mübarizə getdi. Meydanda iki xarakterli komanda var idi. Hər iki tərəf bəlkə də, uduzmamağa layiq idi. Futbolçularıma təşəkkür edirəm. Hər iki hissədə xeyli sayda epizodlarımız olsa da, istifadə edə bilmədik. Futbolçularımız sona kimi hücum etməkdən çəkinmədilər və bərabərlik qolunu vurdular. Bu qol hələ heç nə demir. Cavab görüşü də var. Bakıda hər iki komandaya qələbə lazım olacaq. Bu səbəbdən cavab matçı daha maraqlı alına bilər”.