Konfrans Liqasında gecənin nəticələri

Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü futbolçu Mahir Emrelinin komandası “Dinamo” (Zaqreb) səfərdə “Betis”ə qalib gəlib.

"Ayntraxt" "Yunion"la, "Ayaks" "Budo Qlimt"lə heç-heçə edib. 

Bu mərhələnin cavab görüşləri fevralın 22-də keçiriləcək.

Konfrans Liqası, pley-off, ilk oyunlar

15 fevral

"Molde" (Norveç) - "Legiya" (Varşava, Polşa) - 3:2

Qollar: Qulbrandsen, 12, 19, Kaasa, 24 – Xosue, 63, Auqustinyak, 71.

"Olimpiakos" (Yunanıstan) - "Ferentsvaroş" (Macarıstan) - 1:0

Qol: El Kaabi, 83.

"Yunion" (Belçika) - "Ayntraxt" (Almaniya) - 2:2

Qollar: Rasmussen, 31, Nilsson, 68 – Çaibi, 3, Kayaydziç, 10.

"Şturm Qraz" (Avstriya) - "Slovan" (Bratislava, Slovakiya) - 4:1

Qollar: Beret, 4, Stankoviç, 27, Kiteişvili, 64-pen; Kamara, 90+1 – Q.Rodriqes, 8.

"Ayaks" (Niderland) - "Budo Qlimt" (Norveç) - 2:2

Qollar: Van den Bomen, 90+1-pen; Berqeys, 90+7 – Qronbaek, 16; 63.

"Betis" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:1

Qol: Petkoviç, 75-pen.

"Makkabi" (Hayfa, İsrail) - "Gent" (Belçika) - 1:0

Qol: Pyerro, 65.

"Servett" (İsveçrə) - "Ludoqorets" (Bolqarıstan) - 0:0





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right