“Tottenhem”in prezidenti: “Mənə gələn hər bir təklifi nəzərdən keçirəcəm”

“Tottenhem”in prezidenti Daniel Levi yaxşı təklif alacağı təqdirdə, klubdakı payını sata biləcəyini bildirib.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbəri təklifləri nəzərdən keçirəcəyini söyləyib:

“Tottenhem”dən ayrılmaq istəmirəm, amma mənə gələn hər bir təklifi nəzərdən keçirəcəm. Söhbət məndən deyil, klub üçün nəyin faydalı olmasından gedir”.

Daniel Levi klubun 25 faiz səhmlərinə sahibdir. Nəzarət səhm paketi – 60 faiz – böyük tərəfdaş Joe Levisə məxsusdur. Qalan 15 faiz isə 300-ə yaxın minoritar səhmdarlara məxsusdur.

Levi 2001-ci ildən London klubundadır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right